Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ramzan Kadırov Səudiyyə Vəli Əhdi Muhəmməd bin Salmandan üzr istədi

Noyabr 28
18:55 2016

Səudiyyə Ərəbistanı Vəliəhdi və Müdafiə naziri Muhəmməd bin Salman Əziziyyə iqamətgahında Çeçenistan prezidenti Ramzan Kadırovu qəbul edib.
Görüş zamanı ikitərəfli əlaqələr haqqında müzakirələr aparılıb, mühüm məsələlər müzakirə edilib.

Selefxeber.az-ın məlumatına görə Ramzan Kadırov bir neçə ay öncə Çeçenistanda keçirilən “Qroznı” sammitinə görə üzr istəyib və təkidlə bildirib ki, Sələfilik və Hədis Əhli, Əhli Sünnə və Camaat məfhumunun əsasını təşkil edir. O bu barədə yaranmış mənfi təsəvvürlərə görə üzr istəyib. Bu haqda məlumatı “Sabq.org” saytı yayıb.

Qeyd edək ki, bir neçə ay öncə Çeçenistanın paytaxtı Qroznıda “Əhli Sünnə və Camaat kimdir?” adlı elmi konfrans keçirilmişdi. Konfransa heç bir nəfər də olsun sələfi elm adamı dəvət edilməmişdi. Konfransda dolayı üsulla sələfilik əhli sünnədən kənar göstərilməyə çalışılırdı. İştirakçıları əşari və maturidi sufi təriqətindən olan elm adamları “birlik” göstərməyə çalışırdılar. Beynəlxalq araşdırmaçılar Qroznıda keçirilən sammitin Rusiyanın islam aləmini parçalamaq ideyası olduğunu bildirirlər.

Sələf Xəbər: Təəssüf ki, bu gün bir çoxları, o cümlədən KİV, müxtəlif müsəlman təriqətlərini sələfilər adlandırır, halbuki heç bir təriqətin Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinə, və onlardan sonrakı iki nəslə heç bir aidiyyəti yoxdur. Beləliklə, bu termindən istifadədə diqqətli olmaq lazımdır, çünki sələf adlandırılan və ya özünü sələf adlandıran hər kəs saleh sələflərin davamçısı deyildir.

Yəməndən məşhur islam alimi mərhum Muqbil bin Hadidən (Allah ona rəhmət etsin) soruşdular:
Sual: Bu gün təkfir cəmaatı, cihad cəmaatı, Əbdürrəhman Əbdulxaliqin cəmaatı, Mahmud əl-Xəddadın cəmaatı kimi özlərinə sələf deyən müxtəlif cəmaatlar (qruplaşmalar) mövcuddur. Sizdən bu qruplaşmaların hansı ideologiyanı tətbiq etdiklərini və əslində kimə sələf deyildiyini izah etməyinizi xahiş edirik.

Cavab: “Sələfilik öz istəyimizlə geyinilib-soyunula biləcək geyim deyil. Sələfilik – Allahın Kitabı və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Sünnəsi ilə saleh sələflərin fəhminə əsasən getməkdir.
Və Allahın rəhmi ilə biz təkfir cəmaatı, Əbdürrəhman Əbdülxaliqin cəmaatı və cihad cəmaatı qruplaşmalarının yanlış fikirləri barəsində artıq danışdıq və onları izah etdik. Bu qruplaşmalar haqqında izahlarımız olan çoxsaylı audiokassetlər var və indi təkrarlanmağa ehtiyac yoxdur. Sururilər (hansılar ki, özünü sələf adlandırır) təriqəti haqqında da eyni şeyi demək olar. “Bəhreyn cavabları” mühazirəsində biz bu təriqətin yanlış fikirlərini izah etdik”. Uca Allah buyurur: “(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq…” (Müqəddəs Quran, “Nisa” surəsi, 123-cü ayə). Və buna görə, həqiqi sələfi Quran və Sünnə yolu ilə saleh əcdadların (Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri) və iki sonrakı nəslin getdiyi kimi gedənlərdir. Seçkilərdə (prezident olmaq üçün) namizədliyi irəli sürən, və ya Allah üçün dostluq və düşmənçilik məsələsini dar çərçivədə anlayan kəs sələf ola bilməz. Necə ki, insanları alimlərə qulaq asmamağa çağıran kəs də həmçinin sələf ola bilməz. (Şeyx Muqbil bin Hadinin saytı).

Beləliklə, hər bir müsəlman İslamı saleh əcdadlarımız (sələflərimiz) – Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, və müsəlmanların iki sonrakı nəsli anladığı kimi anlamalı və ona etiqad etməlidir.

Uca Allah səhabələr və məhz onların yolu ilə gedənlər barəsində belə buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.” (Müqəddəs Quran, “Tövbə” surəsi, 100-cü ayə).

Bu ayədə Uca Allah səhabələrdən və məhz onların yolu ilə gedənlərdən razı olduğunu bildirir, bu da aydın şəkildə göstərir ki, müsəlmanlar Uca Allahın razılığına nail olmaq üçün onların yolu ilə getməlidir.

XX-ci əsrin məşhur hədisşünası mərhum şeyx Albani (Allah ona rəhmət etsin) buyurub: “Sələf dəvətinin əsası üç sütun üzərindədir:
Müqəddəs Quran, Səhih Sünnə və bu iki sütunun sələflərdən olan səhabələrin, onların ardıcıllarının və onları təqib edənlərin fəhminə müvafiq olaraq başa düşülməsi. Günümüzdəki və ya əvvəlki təriqətlərin zəlalətə düşməsinin səbəbi məhz üçüncü sütunun tərk olunmasındadır!” (Bax “Məcəllə əl-Əsələ” № 23).

Digər xəbərlər