Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rəcəb Tayyip Ərdoğan – Türkiyənin 12-ci prezidenti oldu

Avqust 11
13:53 2014

APA-nın xəbərinə görə, Türkiyədə bu gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi ilə seçilən 12-ci prezident Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan olub.

O, səslərin 51,95%-ni toplayıb. Ərdoğan qələbəsi münasibətilə məşhur “balkon çıxışı”nı edir. O, Türkiyə xalqına ona göstərdiyi etimada görə təşəkkür edib.

“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir ­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.”

(Müqəddəs Quran, “Ali İmran” surəsi, 26-cı ayə)

Digər xəbərlər