Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rohinqya müsəlmanları xilas edilir

May 26
15:31 2015

“Sələf Xəbər” Xəzər Xəbər-ə istinadən məlumat verir ki, İndoneziyanın hərbi-dəniz qüvvələri ölkənin sahil sularında dolaşan, Myanma və Banqladeşdən olan qeyri-leqal miqrantların xilası məqsədilə əməliyyatlara başlayıb. Bu barədə İndoneziya silahlı qüvvələri məlumat yayıb.

Silahlı qüvvələrin nümayəndəsi Fuad Basya bildirib ki, Prezident Coko Vidodo ölkənin sahil sularında xilasetmə əməliyyatları ilə bağlı əmr verib. Xilasetmə işlərində dörd gəmi və aviasiya iştirak edir. Fuad Basya əlavə edib ki, qeyri-leqal miqrantlar sahilə çatdırılacaqlar.

Əvvəllər sahil sularında taxta qayıqlarda dolaşan miqrantlara yalnız yerli balıqçılar yardım göstərirdilər, rəsmi orqanlar isə onları qəbul etməkdən imtina edirdi. İndoneziya və Malayziya hökumət orqanları arasında mayın 20-də Kuala-Lumpurda xarici işlər nazirlərinin görüşündə əldə edilən razılaşmaya əsasən, bu ölkələr yeddi min miqrantı müvəqqəti qəbul edəcəklər. Görüşdə Tailandın rəsmi nümayəndələri də iştirak ediblər.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Qurani-Kərim, “Mucadilə” surəsi, 20-21-ci ayələr)

“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!

Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər