Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rus kiber savaşı Türkiyəyə 1 milyard ziyan vurub

Dekabr 26
16:45 2015

“Anonimous” hakerlər qrupunun son 10 gün ərzində Türkiyəyə qarşı təşkil etdiyi kiber hücumlar nəticəsində ölkənin bank və e-hökumət sistemi ciddi zərər görüb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 10 günlük kiber hücumların zərəri 1 milyard dollara çatıb.

Türk haker qrupunun cavabı isə gecikməyib. “Ayulduz” qrupu Rusiyanın İqtisadiyyat Nazirliyinin saytı da daxil olmaqla, 19 min rus saytını çökdürüb.

Qrup Türkiyəyə qarşı hücumların davam ediləcəyi təqdirdə daha sərt reaksiya verəcəklərini açıqlayıb.

Qeyd edək ki, Rusiyanın “Türkiyə İŞİD-dən neft alır”, sözlərindən sonra “Anonimous” Türkiyəyə kiber müharibə elan edib.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini, və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər