Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rus qırıcıları Türkiyənin humanitar yardım təşkilatının Türkmən dağındakı ərzaq anbarını bombalayıb

Yanvar 11
17:50 2016

Ötən gün isə Rusiyaya aid təyyarələrin İdlib şəhərinə bağlı Maarat əl Numan qəsəbəsində bazar yerinə atdığı barrel bombası ilə 70 nəfər ölüb, 133 nəfər yaralanıb.

Suriyada olan rus qırıcıları Türkmən dağında yerləşən Türkiyənin BMT üzvü olan humanitar yardım təşkilatı İHH Humanitar Yardım Vəqfinin ərzaq anbarlarını bombalayıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Rusiya təyyarələri İHH-nın İdlibdəki çörək zavodundan sonra, bu dəfə Türkmən dağındakı ərzaq anbarını vurub. Ərzaq anbarının müharibədən əziyyət çəkən yerli əhaliyə humanitar yardım göstərmək üçün fəaliyyət göstərdiyi deyilir.

Bombardıman nəticəsində ölən və yaralanan olmasa da, İHH-ya ciddi maddi ziyan vurulub.

Türkiyə mətbuatının yazdığına görə, dünəndən etibarən rus qırıcılarının Türkiyə sərhədinə çox yaxın nöqtələri hədəf aldığı müşahidə edilir.

Aznews.az məlumat verir ki, Rusiyaya aid təyyarələrin Suriya müxalifətinin idarəsində olan İdlib şəhərinə bağlı Maarat əl Numan qəsəbəsində bazar yerinə atdığı barrel bombası ilə 68 adamın ölməsinin ardından, Hataydakı xəstəxanalara gətirilən yaralılardan 2-si də öldü. Beləcə, hücum nəticəsində 70 adamın öldüyü 133 adamın da yaralandığı açıqlandı.

Müxalif dairələrin verdiyi məlumata görə, dünən günorta saatlarında Rusiyaya aid 2 döyüş təyyarəsi qəsəbənin üzərindən uçarkən, biri bazar yerinə, üçü isə məhkəmə binasına olmaqla 4 barrel bombası atıb. Hücum sonrası yıxılan binaların altında qalanları çıxarmaq üçün xalq səfərbər olunub, suriyalı yerli xəbər mənbələri 68 adamın öldüyünü, 135 adamın da yaralandığını açıqlayıblar.

Ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilir. Bölgədəki xəstəxanalara aparılan yaralılardan 9-u Reyhanlı mahalındakı Cilvəgözü Sərhəd Məntəqəsinə gətirilib. Buradan təcili yardımlarla Hataydakı xəstəxanalarda aparılan yaralılardan 2- si həyatını itirib, 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

70 nəfərin öldüyü açıqlansa da, hələ də dağıntı altında insanların olduğu, bu səbəbdən ölü və yaralı sayının artacağı qeyd edilir.

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər