Rusiya Əsədin müdafiəsi üçün Suriyadadır
679 dəfə baxılıb
Moskva Əsədin müdafiəsi üçün savaşa qoşulur.
Rusiya İŞİD terror xəvaric qruplaşması və Əsədə qarşı vuruşan müxaliflərə qarşı əməliyyat aparmaq üçün qırıcılarını Suriyadakı bir bazaya yerləşdirib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, əməliyyatlarda döyüş təyyarələri və helikopterlər iştirak edəcək.
Qərbli diplomatlara görə, Rusiya uzun zaman əvvəl təyyarələrini Suriyaya göndərib və bu qüvvələr Əsəd ordusunun nəzarətindəki bir hava limanında baza qurub. Bu bazanın Dəməşqin yaxınlığında olduğu deyilir.
Qarşıdakı həftələrdə isə içlərində məsləhətçilərin, təlimçilərin, logistika-quruluşçu personalın, havadan müdafiə üzrə mütəxəssislərin və pilotların olduğu minlərlə rus hərbi missiyasının Suriyaya gələcəyi bildirilir.
Rusiya və Suriya arasında MİG-29 döyüş reaktivləri və Yak-130 təhsil təyyarələrinin alış-verişinə dair görüşlər keçirildiyi isə artıq məlumdur.
Qərb diplomatik mənbələri Rusiya ilə İran arasında, İŞİD terror xəvaric qruplaşmasının Əsəd rejimi üçün yaratdığı təhdidin müzakirə olunduğu bir sıra görüşlərin keçirildiyini bildirirlər. Qərb mənbələri İran və Rusiyanın bu görüşlərin nəticəsində Əsədin hakimiyyətdə qalması üçün bütün səyləri birləşdirmək barədə razılığı gəldiyini qeyd edirlər.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə səhabəsinə belə buyurdu: “Ey Əbdürrəhman bin Səmura! Əmir olmağa (hakimiyyətə) can atma. Əgər öz istəyin (tələbin) olmadan idarəçilik sənə verilərsə, onda Allahın yardımını görə bilərsən. Yox, əgər öz istəyinlə (tələbinlə) idarəçilik sənə verilərsə onda (Allah) səni bu işlə baş-başa buraxar”. (Əl-Buxari)