Rusiya Suriyada türk xeyriyyə təşkilatının çörəkxanasına zərbə endirib
600 dəfə baxılıb
Rusiya Suriyanın İdlib şəhərində yerləşən “İHH” türk xeyriyyə təşkilatına məxsus çörəkxanaya hava zərbələri endirib.
“Sələf Xəbər” Aznews.az-a istinadən bildirir ki, Təşkilatın Suriyaya yardım üzrə idarəsinin Xatay ofisinin mətbuat katibi Burak Karacaoğlu Əsəd rejiminə dəstək verən rus hərbi təyyarələrinin son günlər ərzində bu regiona vuran zərbələrini qeyd edib.
“Bombardman nəticəsində 16 ay əvvəl işləməyə başlayan çörəkxanaya da zərər vurulub. 40 min nəfəri çörəklə təmin edən və 18 nəfərin işlədiyi çörəkxana yararsız hala düşüb. Allaha şükür, zərbələr nəticəsində xəsarət alan olmayıb”, – deyə Karacaoğlu bildirib.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)
Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!