Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rusiya Suriyaya zenit kompleksi göndərib

Noyabr 05
18:59 2015

Rusiya Suriyadakı hərbi birliklərini qorumaq üçün bu ölkəyə zenit raket kompleksləri göndərib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Qüvvələri komandanı, general-polkovnik Viktor Bondarev məlumat verib.

Onun sözlərinə görə, Suriyada Rusiya hava qüvvələrinə qarşı hər an təhlükə ola bilər:

“Biz bütün mümkün təhdidləri nəzərə alaraq bu addımı atdıq. Bu səbəbdən döyüş təyyarəsi, raketlər və vertolyotlar, eyni zamanda zenit raket kompleksləri göndərdik. Hər an hazır olmalıyıq”.

Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər