Rusiya Türkiyənin İŞİD-dən neft aldığını sübut etsə, Ərdoğan istefaya gedəcək
740 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya Türkiyənin “İslam Dövləti” –İŞİD terror xəvaric qruplaşmasından neft aldığını sübut edə bilsə, istefaya gedəcək.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bu barədə məlumat verir.
Onun sözlərinə görə, Türkiyə ilk növbədə Rusiya nefti alır və Moskva bu barədə bilir: “Əgər Rusiya Türkiyənin terrorçulardan neft aldığını hesab edirsə, bunu təsdiq etməlidir”.
Qeyd edək ki, müvafiq açıqlamanı Rusiya Prezidenti Vladimir Putin verib.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)