Rusiya türkmənlərin ərazilərinə dəfələrlə zərbə endirib
613 dəfə baxılıb
“Rusiya aviasiyası Suriyanın şimal-qərbində türkmənlərin nəzarətində olan ərazilərə azı 17 dəfə zərbə endirib”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən Salma, Gmam və Kesladşuk yaşayış məntəqələrinə aviazərbələr endirildiyini, həmin yaşayış məntəqələrində əsasən etnik türkmənlərin yaşadığını bildirib. Salma azı 8 dəfə bombalanıb. Rusiya təyyarələri Salma şəhəri ətrafında 13 km radiusda Bəşər Əsəd qüvvələri ilə döyüşən Suriya türkmənlərinə aid azı 15 hədəfə zərbələr endirib.
“Ruslar “Su-24” təyyarəsi vurularkən türkmən kəndlərini bombalayırdı”, – deyə Suriya Türkmənləri Ali Şurasının rəhbəri Samir Alo söyləyib. O, minlərlə türkmənin Türkiyə sərhədinə qaçmağa məcbur olduğunu bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)