Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rusiyada ilk İslam Elmlər Akademiyası açılır

İyun 15
18:48 2015

Rusiya Federasiyasında ilk və yeganə İslam Elmləri Akademiyası Tatarıstanda açılacaq. Akademiya bir çox əsrlər əvvəl tatarların müsəlmanlığı qəbul etmiş olduğu qədim Bolqar şəhərinin ərazisində yerləşəcək.

“Sələf Xəbər”in İslam.ru-ya istinadən verdiyi xəbərə görə, İslam Universitetlərini bitirən şəxslər bu akademiyada təhsillərini davam etdirə biləcəklər. Bundan əlavə, buradakı təhsil xaricdə alınmış təhsil səviyyəsinə bərabər olacaq.

Bolqar şəhərində milli və beynəlxalq əhəmiyyətli islam təhsil akademiyasının açılması fikri Rusiya Mərkəzi Ruhani İdarəsinin, Müftilər Şurasının və Tatarıstan Respublikası Müsəlmanlarının Ruhani İdarəsi rəhbərləri tərəfindən dəstəklənib.

Tatarıstan Respublikasının müvəqqəti prezidenti Rüstəm Minnixanov və dövlət müşaviri Mintimer Şaymiyev layihəni müsbət qiymətləndiriblər. Ümummilli İslam Mərkəzinin yaradılması fikri Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən də bəyənilib. Akademiyanın yaradılması sayəsində rusiyanın müsəlman din adamlarının və nüfuzlu İslam alimlərinin bir araya gələcəyi düşünülür. Kompleksin əsas tərkib hissəsinə Bolqar Üləmaları Şurası, İslam kitabxanası, elmi-tədris mərkəzi, ekspertlər şurası və s. daxil olacaq.

Qədim Bolqar şəhəri unikal İslami keçmişə və zəngin mənəvi dəyərlərə malik bir yerdir. Buna görə də belə bir tədris mərkəzinin yaradılması Rusiyada ali mənəvi dəyərlərin formalaşması uçun gözəl nəticə ola bilər.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)

Digər xəbərlər