Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Rusiyadan bu əməliyyata dərhal son qoyması tələb edilib”

Noyabr 21
18:43 2015

Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Suriyadakı türkmən kəndlərinin Rusiya hərbi təyyarələri tərəfindən bombalanması ilə əlaqədar bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç bildirib ki, Rusiya təyyarələri Suriyanın şimal-qərbindəki Türkməndağı ətrafındakı türkmən kəndlərini ağır bombardmana məruz qoyub: “Nazirimizin təlimatı ilə Rusiyanın Ankaradakı səfiri nazirliyə çağırılaraq Rusiya tərəfinin addımlarının terrorla mübarizə olmadığı, dinc türkmən kəndlərinin bombalandığı və bunun ciddi nəticələrə səbəb ola biləcəyi vurğulanıb. Rusiyadan bu əməliyyata dərhal son qoyması tələb edilib. Xəbərdarlıq və tələbimiz Rusiya Xarici İşlər nazirinin müavini və prezident Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanova da çatdırılıb”.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər