Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rusiyadan Türkiyəyə qarşı növbəti təxribat

Yanvar 30
17:12 2016

Rusiyaya məxsus qırıclar Suriyanın Hələb şəhərinin Azez rayonuna humanitar yardım aparan Türkiyəyə məxsus yük maşınlarını vurub.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 2 nəfər həyatını itirib, 10-u yaralanıb.

Məlumatlara görə, karvan Türkiyədən hərəkətə başlayıb və Azez rayonu yaxınlığında döyüş təyyarələri tərəfindən hücuma məruz qalıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər