Rusiyanın Suriyada endirdiyi hava zərbələri nəticəsində 25 dinc sakin ölüb
594 dəfə baxılıb
Rusiyaya məxsus hərbi təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 25 dinc sakin ölüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, insident Hələb şəhəri yaxınlığında qeydə alınıb.
Hücum zamanı aralarında qadın və uşaqların olduğu 25 nəfərin öldüyü, onlarla dinc sakinin yaralandığı, humanitar yük daşıyan 10 avtomobilin yandığı bildirilir.
Qeyd olunur ki, yaralananların bir hissəsi yerli tibb məntəqələrinə, vəziyyəti ağır olanlar isə Türkiyədəki xəstəxanalara göndərilib.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyri gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)