Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rusiyanın “Türkiyə Suriyaya hərbi müdaxiləyə hazırlaşır” iddiasına Ankara cavab verib

Fevral 05
17:44 2016

Rusiya müdafiə nazirliyinin sözçüsü Konaşenkovun “Türkiyə Suriyaya girməyə hazırlaşır” iddiasına rəsmi Ankaradan cavab verilib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyə hökumətinin yaydığı açıqlamada Rusiyanın bu iddianı ortaya atmaqla Suriyada törətdiyi cinayətlərdən diqqəti yayındırmaq niyyəti güddüyü bildirilir. Eyni zamanda qeyd olunub ki, Türkiyə öz təhlükəsizliyini qorumaq üçün, hər cür tədbir görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Konaşenkov Türkiyə silahlı qüvvələrinin Suriyada əməliyyata hazırlaşdığını iddia edib.

“Əlimizdə Türkiyənin Suriyaya intensiv hərbi müdaxilə hazırlığında olduğundan şübhələnməyə səbəb olan əsaslar var”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər