Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Rusiyaya cavab olaraq 27 gəmi həbs edildi

Dekabr 16
18:27 2015

Rusiyanın Türk bayrağı ilə üzən 8 gəmini Qara dənizdəki limanlarda saxlaması Türkiyəni də hərəkətə keçirib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Ankara da oxşar addım ataraq, Rusiyaya məxsus 27 gəminin hərəkətini dayandırıb.

Məlumatlara görə, gəmilər Türkiyənin Aralıq, Mərmərə, Egey və Qara dənizlərdəki limanlarında saxlanılıb. Bildirilib ki, türk gəmiləri Qara dəniz memorandumu çərçivəsində reydlər həyata keçirilən zaman həbs edilib: “Türkiyə Rusiyanın bu fikrindən dönməsini gözlədi. İlk olaraq, 5 gəmi saxlanıldı. Dünən isə bu rəqəm 8-ə çatdı. Hazırda limanlarda saxlanılan rus gəmilərinin sayı 27-dir”.

Hadisədən sonra türk və rus rəsmiləri görüşməyə qərar veriblər: “Görüşün vaxtı, formatı və yeri məlum deyil. Görüş Rusiya tərəfinin istəyi ilə baş tutacaq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu!” (Qurani-Kərim, “Nəhl” surəsi, 36-cı ayə)

“Uca Allah xəbər verir ki, səmavi həqiqət yerin bütün xalqlarına çatdırılmışdır. Keçmişdə yer üzündə yaşayan və ya bu günədək yaşamaqda olan bütün cəmiyyətlərə yeganə bir dini təbliğ edən və insanları bir olan Allaha şərik qoşmadan Ona ibadət etməyə çağıran elçilər göndərilmişdi. Lakin xalqlar onların çağırışına müxtəlif cavablar vermiş və iki qrupa bölünmüşdülər. Onların birini Allah doğru yola yönəltmiş və bunun sayəsində onlar Onun ehkamlarını öyrənərək və onlara riayət edərək elçilərin yolu ilə getmişdilər. Digəri isə azğınlığa üstünlük vermiş və həlak yolunu tutmuşdular. Qoy insanlar yer üzündə qəlbən və cismən səyahət edərək, görüb əmin olsunlar ki, haqqı dananların aqibəti necə olmuşdur; onlar çoxsaylı qəribə şeylər görəcəklər və hər bir kafiri mütləq məhv olma gözlədiyinə inanacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər