Ruslar türkmənlərın başına “od ələyir”
974 dəfə baxılıb
Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.
Rusiyanın Su-24 təyyarəsinin dünən Türkiyə qırıcısı tərəfindən vurulduğu bölgə bu gün intensiv bombardmana məruz qalıb.
“Sələf Xəbər” XəzərXəbərə istinadən bildirir ki, bu barədə Londonda mənzillənən Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.
Məlumata görə, Rusiya aviasiyası Cəbəl-Əkrad və Cəbəl-Türkmən rayonlarına azı 12 aviazərbə endirib. Bu bölgələr üsyançı türkmənlərin nəzarətindədir. Bəşər Əsəd rejiminin tərəfində dayanan Rusiya Suriya hakimiyyətinə müxalif üsyançılara və islamçı “ən-Nüsra Cəbhəsi”nə qarşı döyüşür.
“Reuters” agentliyi isə türkmən səhra komandirlərindən birinə istinadən belə xəbər yayıb ki, türkmənlərın kompakt yaşadığı bölgələr Rusiyanın Aralıq dənizindəki hərbi gəmilərindən intensiv raket atəşinə tutulur. Bu zona həm də davamlı artilleriya zərbələrinə məruz qalır.
Qeyd edək ki, Rusiyanın Su-24 bombardmançısı noyabrın 24-də Suriyanın Hmeymim rayonunda (Türkiyə sərhədindən 30 km aralıda) Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub. Bundan sonra Rusiya prezidenti Vladimir Putin türkmənləri açıq şəkildə müdafiə edən Türkiyəni “amansız qisasla” hədələyib.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allah buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)