Saatda 4300 sərnişin qəbul edən hava limanı
739 dəfə baxılıb
Həcc mövsümünün başlanması ilə əlaqədar olaraq, hər il olduğu kimi bu il də Müqəddəs Məkkə şəhərinə həcc ziyarəti üçün çox sayda zəvvar axın edir.
Selefxeber.az-ın xarici mənbələrə istinadən xəbərinə görə, bu il həcc mövsümündə Ciddə Beynəlxalq Hava Limanı hər saatda ən azı 4300 zəvvar qəbul edəcək.
Bu barədə Ciddə Beynəlxalq Hava Limanının Həcc və Ümrə İşləri üzrə direktoru Xalid bin Muslim əl-Harbi bildirib. Onun sözlərinə görə, hacıların qəbulu üçün hava limanında 13 gözləmə zalı təşkil olunub.
“Hava limanını tərk edib avtobuslara yerləşdirilməzdən əvvəl zəvvarlara bütün prosedurlardan keçmək üçün əlavə 45 dəqiqə vaxt lazım olacaq. Biz ümid edirik ki, heç bir gecikmə halları baş verməyəcək”. – deyə, əl-Harbi qeyd edib.
Xatırladaq ki, həcc mövsümü bu il avqustun 20-dən başlayacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)
Uca Allah, həmçinin buyurur: “Allah üçün Həcc və Ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)