Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Sahibinin qəbrini tərk etməyən vəfalı dəvə – VİDEO

Yanvar 14
17:06 2015

“Sələf Xəbər” aljazeera.net– ə istinadən xəbər verir ki, heyvanlara xüsusi diqqət yetirən Yəmənin İb şəhərinin Dəbis kəndinin sakini Əli Həsən bir həftə bundan əvvəl vəfat edərkən onu dəfn etməyə aparanlar arasında dəvəsi də olub.

Dəfn bitdikdən sonra insanların dağılışmasına baxmayaraq, onun dəvəsi hələ də yemək-içməkdən qətiyyətlə imtina edərək keçmiş sahibinin qəbrindən uzaqlaşmaq istəmir. Əlinin övladları deyir ki, dəvəni axşam çətinliklə evə aparırıq, lakin səhər yenidən onu atamızın qəbrinin yanında tapırıq.

Vəfalılıq timsalı olan bu dəvə ayrılığına dözmədiyi sahibinin qəbri yanında hüzn içində dayanaraq göz yaşı tökə-tökə onun qəbrini iyləyir.

Bu vəfalı dəvəyə rəhmlə davrandığına görə biz də Rəhmli və Mərhəmətli Allahdan onun sahibinə rəhm etməsini diləyirik.

İnsanların biri-birilərinə qarşı xəyanətin artdığı, şəfqət və rəhmliliyinin isə azaldığı bir zamanda, həqiqətən də, bu dəvə çoxları üçün təsirli bir nümunədir.

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?” (Qurani-Kərim, “Ğaşiyə” surəsi, 17-ci ayə)

Həqiqətdə, dəvə unikal məxluqdur. Dəvələr səhrada və quraqlıq isti torpaqlarda yaşamağa çox yaxşı uyğunlaşırlar.
Onlar, qida, geyim mənbəyi və səhra sakinlərinin əksəriyyəti üçün nəqliyyat vasitəsidir. Onlar öz donqarlarında ağır yük və sərnişinləri daşıyaraq böyük səhranı keçməyə qadirdirlər, bununla da yük maşınlarından daha çox xeyir gətirirlər.

Digər xəbərlər