Saleh Ali Şeyx İranın həcc siyasətini kəskin qınadı
1. 838 dəfə baxılıb
Səudiyyə Ərəbistanı həcci məzhəb və irqi çağırışlar mərasimi deyil, yalnız Allah üçün edilən bir ibadət olmasını istəyir. İran isə həcc mövsimində müsəlmanlara qarşı böyük təxribat etmək istəyir. Çünki İran həccin sağ-salamat keçməsini, siyasətsiz, məzhəbçi və irqi çağırışlarsız olmasını istəmir.
Selefxeber.az-ın “Al-Arabiya”ya istinadən məlumatına görə bu sözləri Səudiyyə Ərəbistanı İslam İşləri və Təbliği naziri Saleh bin Əbdüləziz Ali Şeyx Həcc mövsimi ilə əlaqədar müqəddəs yerlərə baxış keçirərkən jurnalistlərə açıqlamasında demişdir.
Nazir bildirib ki, əgər islamın hansısa əsası iğtişaş və terror ilə müşayiət edilib, Allahın istədiyi həqiqi mənasından uzaqlaşdırılırsa, hər kəsin bu təxribata qarşı çiyin-çiyinə dayanması vacib olur. Şəriət dəlilləri və elm adamlarının yekdil rəyi bir daha təkid edir ki, həcc və ümrə ibadəti yalnız Allah üçün edilməlidir. Həcci siyasi, irqi və məzhəbçi çağırışlar üçün fürsət etmək heç bir müsəlmana yaraşmaz.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)