Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistan hökuməti sosial şəbəkələrdə pornoqrafiya ilə mübarizəyə başladı

Aprel 08
14:39 2014

Səudiyyə Ərəbistanda sosial şəbəkələrdə pornoqrafiya ilə mübarizə üzrə sistem hazırlanıb. Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə komitəsinin başçısına istinadən “İTAR-TASS” bildirir ki, yerli internet istifadəçiləri pornoqrafik materialları və onlara keçidləri bölüşmək üçün aktiv olaraq Facebookdan istifadə edir.

Səudiyyə krallığında istənilən pornoqrafik resurslar qəti surətdə qadağan edilmişdir. Hökumət sosial şəbəkələrə girişi tamamilə məhdudlaşdırmağın mümkünsüzlüyü ilə rastlaşıb. Lakin Daxili İşlər Nazirliyi bir sıra komitə, həmçinin Rabitə və informasiya komitəsi ilə əməkdaşlıq edərək, bununla mübarizə sistemi hazırlayıb.

“Biz sosial şəbəkələrdəki seksual xarakterli qadağan edilmiş materiallar olan səhifələrə girən istifadəçiləri izləyən xüsusi monitorinq bölməsi yaratdıq – yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə komitəsinin başçısı Əbdüllətif əl-Aşeyx bildirib. – Qaydaları pozanları camaat qarşısında cəzalandırmaq və ya onları pis göstərmək kimi vəzifələri qarşımıza məqsəd qoymuruq. Biz ancaq sosial şəbəkələrdəki hesabları və səhifələri tapıb bloklayacağıq”.

İdarənin verdiyi statistikaya əsasən, krallıqda internet-istifadəçilərinin sayı ilbəil artır. Əsrin əvvəlində Səudiyyə Ərəbistanının yalnız 1% sakininin “ümumdünya şəbəkəsinə” girişi var idisə, bu gün bu göstərici artıq ölkə əhalisinin yarısına çatıb.

Yerli sakinlər gündə internetdə 8 saata qədər vaxt keçirir, həm də bundan 3 saat – internetə öz smartfonlarından daxil olurlar. Məşhurluğuna və qeyri-leqal məzmununa görə birinci yerdə Facebook durur. Səudiyyə Ərəbistanında 7,8 milyon insan Facebook istifadə edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 110-cu ayə).

“Allah bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər