Səudiyyə Ərəbistanın kralı müsəlmanların vəhdətini möhkəmləndirməyə çağırdı
1. 209 dəfə baxılıb
Səudiyyə Ərəbistanın kralı Abdulla ibn Abdel Əziz Əl Səud islam dünyasında çox üzücü münaqişələrə son qoymaq üçün bütün dünyanın islam alimlərini müsəlmanlar arasında vəhdətin və həmrəyliyin möhkəmləndirilməsində birgə səy göstərməyə çağırıb, “Kazinform” bildirir.
Ümumdünya islam liqasının Məkkədə təşkil etdiyi İkinci beynəlxalq islam konfransının iştirakçılarına müraciətində Səudiyyə Ərəbistanın başçısı “son üç il ərzində cəza rejimin altında əziyyət çəkən suriyalıların ağır vəziyyətini” vurğulayıb. Kral Abdulla həmçinin islam alimləri tərəfindən müsəlmanlar arasında dözüm, barışıq və mülayimlik mədəniyyətinin yayılmasına çağırdı.
Səudiyyə kralının müraciətini Məkkənin rəhbəri şeyx Mişaal bin Abdulla oxuyub. “Müsəlman dünyasındakı münaqişələr təkcə günahsız insanların həyatlarına son vermir, həm də kütləvi dağılmalara gətirib çıxarır. Bundan başqa, çəkişmələr müsəlman dövlətlərinin təhlükəsizliyi və sabitliyini pozur” – bəyanatda deyilir.
İkinci beynəlxalq islam konfransı Kral Abdullanın hamiliyi altında keçir və bütün dünyadan yüzlərlə alim və islam ictimai xadimlərini bir araya toplayır. Təşkilatçıların sözlərinə görə, konfransın hədəfi “müsəlmanları öz ölkələrində sülh və sabitliyin qorunub saxlanılması işində hökumətləri ilə birgə işləməyə çağırmaqdır”.
“Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)