Səfir: “Azərbaycan Şərqi Qüdsün infrastrukturuna 5 milyon dollar ayırıb”
1. 037 dəfə baxılıb
“Azərbaycanın istər Əl-Aqsa məscidinə, istər də Fələstinə münasibətdə siyasəti dəyişməz olaraq qalır”.
Selefxeber.az xəbər verir ki. “APA”nın məlumatına görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.
Diplomat Azərbaycan hökumətinin Şərqi Qüdsün infrastrukturuna 5 milyon dollar ayırdığını və hazırda bir neçə layihəni dəstəklədiyini deyib. Fələstinli diplomat xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Azərbaycanın Fələstinə maddi yardımı məsələsinin də müzakirə olunduğunu söyləyib.
“Bizim çox məhsuldar görüşümüz olub. O, bir daha Azərbaycanın Qüdslə, Fələstinlə bağlı öhdəliyini təsdiq edib. Bu, Azərbaycanın dəyişməyən siyasətidir”, – deyə səfir bildirib.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar.” (Muslim rəvayət etmişdir: 4\ 2074\ № 2699)