Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səfir: “Məkkədə ölәnlәrin sayı ilә bağlı bәzi dövlәtlәrin açıqladığı rәqәmlәr yanlışdır”

Sentyabr 30
14:27 2015

“Minada ölәnlәrin sayı ilә bağlı bәzi dövlәtlәrin açıqladığı rәqәmlәr düzgün deyil”.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu Sәudiyyә Әrәbistanının Azәrbaycandakı sәfiri Müsaid bin İbrahim əs-Süleym İranın ittihamlarına cavab olaraq deyib.

Onun sözlәrinә görә, ölәnlәrin dәqiq sayı 769 nәfәrdir: “Bu rәqәm Sәudiyyә Әrәbistanının qurumları tәrәfindәn elan olunmuş rәqәmdir. Bu mәsəlәnin araşdırılması üçün yüksәk sәviyyәli komissiya yaradılıb. Sәudiyyә Әrәbistanı on illiklərdir ki zәvvarlarla bağlı öhdәliklәri yerinә yetirir. Bunun üçün milyardlarla pul xәrclәnir. Biz istәmirik ki, hәr-hansı bir ölkә bunu siyasi mәqsәdlәr üçün etsin”.

Səfirin sözlərinə görə, çox tәəssüf ki, İran baş vermiş hadisәni siyasi mәqsәdlәr üçün istifadә edir: “Bu hәr şeydәn әvvәl bir ziyarәtdir vә bunu siyasilәşdirmәk qәbuledilmәzdir. Yaradılmış komissiya hadisәni araşdırır vә yekunda nәticәlәr elan edilcәk. Biz heç zaman hadisәlәri qabaqlayıb mәsәlәni kiminsә üzәrinә qoymaq istәmirik. Bizdә olan mәlumata görә, bәzi zәvvarlar hökumәtlәrinin siyasәtinә uyğun olaraq qarışıqlığa sәbәb olublar. Amma mәn hadisәlәri qabaqlamaq istәmirәm. Komissiyanın yekun qәrarında hәr şey mәlum olacaq. İranlı zәvvarların hәcc ziyarәti zamanı qarışıqlıq yaratmasının tarixi var. Bundan әvvәl dә belә hadisәlәr olub. Әgәr bizdә hansısa mәsul şәxsin bu mәsәlәdә günahı sübut edilәrsә, o tam olaraq mәsuliyyәt daşıyacaq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər