Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səfir: “Radikal qruplaşmaların törətdikləri sülhə dəvət edən dinə ziddir”

Dekabr 16
16:21 2014

“Radikal qruplara qarşı ən yaxşı mübarizə Fələstinin suverenliyini dəstəkləməkdir. Fələstin dövlətinin regionda radikal qruplaşmaların cahil düşüncələri ilə mübarizə aparmaqda və bunu pisləməkdə aydın mövqeyi var”.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bunu açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.

O bildirib ki, radikal qruplaşmalar dəhşətli hərəkətlər törətməklə yer üzərində olan xalqları qardaşlığa, sülhə, sevgiyə dəvət edən dinin prinsiplərinə zidd olan yalnış və təhrif olunmuş formalardan istifadə edir: “Bu radikal qruplaşmaların fikirləri ilə mübarizə aparmaq üçün ən yaxşı silah paytaxtı Şərqi Qüds olmaqla İsraillə yan-yana əmin-aman və sülh içərisində yaşamaqla suveren Fələstin dövlətinin yaranması prinsipi əsasında sülhə nail olmaqdır. İdeologiya və fikir vasitəsilə bu qruplaşmalarla mübarizə onlara qarşı hərbi hərəkət etməkdən daha mühimdir. Belə ki, bununla ekstremistlər Fələstin problemi kimi ən mühim, həssas və səfərbər edilmiş problemi itirmiş olacaqlar, bununla da onlar üçün həssas və ideoloji bataqlıq quruyacaq”.

Fələstin səfirinin sözlərinə görə, İsraildə də radikal ideologiyanın tərəfdarları olduğu müddətdə sülh məsələsində çox optimist olmaq mümkün deyil: “Çünki onlar ideoloji səbəblər ucbatından buna inanmırlar və hər kəs, xüsusilə də Fələstin xalqı tərəfindən
arzulanan sülhü ləngitmək üçün bütün vasitələrdən istifadə edirlər”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə).

“…Allah-Təala bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər