Səudiyyə Ərəbisitanında xaricdən gələn tələbələrə verilən imtiyazlar
1. 801 dəfə baxılıb
Artıq 5 ildir ki, Səudiyyə Ərəbisitanı univeristetlərində xarici tələbələrin qəbul edilməsi haqqında və tibbdən başqa, bütün ixtisaslar üzrə təhsil almaq istəyən tələbələr üçün qanun fəaliyyət göstərir.
Bundan əvvəl xarici ölkələrdən gələn tələbələr yalnız Mədinə, Məkkə və Ər-Riyad şəhərlərində yerləşən universitetlərdə təhsil ala bilirdilər. Hal-hazırda isə xaricdən gələn tələbələrin pulsuz təhsil ala biləcəyi universitetlərin sayı 25-ə çatıb. Bundan başqa, krallığın universitetlərinin birinə daxil olan abituriyent İslam dinini mükəmməl öyrənməklə yanaşı, bir çox imtiyazlara sahib olur. Buradakı universitetlər təkcə dini deyil, həm də dünyəvi təhsil də verirlər. Tələbələr aşağıdakı imtiyazlara sahib olurlar:
1. Pulsuz yaşayış imkanı;
2. Hər ay 840 rial (220 ABŞ dolları) məbləğində təqaüd ( bayram günləri də daxil olmaqla);
3. Hər yay tətilində pulsuz gediş-gəliş bileti;
4. Günlük 3 dəfə yemək üçün aşağı qiymətə kuponlar;
5. Yeni gələn tələbələrin yerləşməsi və ehtiyacı olan əşyaları ala bilməsi üçün 1700 rial (470 ABŞ dolları) məbləğində yardım;
6. İki semestri əla qiymətlərlə başa vuran tələbə 1000 rial (300 ABŞ dolları) alır;
7. Universiteti bitirdikdən sonra tələbələrə 2500 rial (700 ABŞ dolları) verilir;
8. Universiteti bitirmiş tələbələrə Ər-Riyaddakı İslam İşləri Təşkilatı tərəfindən müxtəlif kitablar toplusu hədiyyə olunnur;
9. Səudiyyə daxilində 50% endirim qiymətiylə bilet verilir;
10. 4 il ərzində hər il tələbəyə kitablarını ala bilməsi üçün 850 rial (220 ABŞ dolları) ödənilir;
11. İl ərzində bir dəfə universitet hesabına həcc ziyarəti təşkil olunur;
12. Universitetin xəstəxanasında pulsuz tibbi muayinə və müalicə.