Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanda terrorçulara sərt cəza

Avqust 21
14:43 2014

“Sələf Xəbər” Arabnews xəbər portalına istinadən bildirir ki, Səudiyyə Ərəbistanında xüsusi cinayət məhkəməsi 2002-ci ildən bəri dövlətə və əcnəbi hədəflərə qarşı hücumlara görə 1 nəfəri ölüm cəzasına məhkum edib, 13 nəfər isə 30 il həbs cəzası alıb.

Məhkumlar qətl və insan oğurluğunda, həmçinin avtomobillərin, hökumət binalarının və əcnəbi vətəndaşlara məxsus yaşayış binalarının partladılmasında, dövlət məmurlarına sui-qəsd təşkil etməkdə və səfirliklərə hücum etməkdə təqsirli bilinən 50 nəfərdən ibarət dəstənin üzvləridir.

Dəstə üzvlərindən 14-ü bu həftənin bazar ertəsi mühakimə edilib; bir nəfər ölüm cəzasına məhkum edilib, 13 nəfər isə 30 il həbs cəzası alıb. Digər 17 nəfər isə məhkəmə sessiyası zamanı 2 ildən 25 ilə qədər həbs cəzası alıb.

2003-2006-cı illər arasında Əl-Qaidə qruplaşmasının törətdiyi və yüzlərlə insanın ölümünə səbəb olmuş partlayışlar və qətllər səbəbilə Səudiyyə Ərəbistanı minlərlə vətəndaşını təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edib və yüzlərlə insana həbs cəzası verilib.

Suriya və İraqda baş qaldırmış münaqişələr, vətəndaşlar arasında radikallıq dalğasının yayılması və bəzi Səudiyyəli gənclərin döyüşmək üçün xaricə getməsi, Riyadın yerli döyüşçülərlə bağlı narahatçılığını artırıb. Fevral ayında İki Müqəddəs Məscidin himayədarı Kral Abdulla xaricə döyüşməyə gedən və ya digərlərini xaricdə döyüşə getməyə həvəsləndirən və ya digərlərinə xaricə döyüşməyə getməyə kömək edən istənilən Səudiyyə vətəndaşının cinayət məsuliyyətinə cəlb olunacağına dair sərəncam imzalayıb. Həmin sərəncamda, Əl-Qaidə, İŞİD, əl-Nusra cəbhəsi, Müsəlman Qardaşları, Hizbullah və Yəmənin Huti hərəkatı da daxil olmaqla bütün ekstremist qruplaşmalara maddi və ya mənəvi dəstək verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunacağı öz əksini tapıb.

Bəzi məhkumlar həbsxanalarda qalaraq məhkəmənin hökmünü illərlə gözləyiblər, lakin məhkəmə araşdırmalarının neçə il davam etdiyi heç kəsə məlum deyil. Səudiyyə Ərəbistanı döyüşçülər və təhlükəsizliyə hədə ilə əlaqəli məsələlərə dair xüsusi cinayət məhkəməsi təsis edib.

 Sələf Xəbər: Xatırladaq ki, İslam müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!

9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir. Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur. Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər