Səudiyyə Ərəbistanı 17 milyon dollar yardım ayırdı
1. 008 dəfə baxılıb
Səudiyyə Ərəbistanı hakimiyyəti mayın 22-də ölkənin şərqində məsciddə törədilən partlayış nəticəsində ölən şəxslərin hər birisinin ailəsinə bir milyon rial ( 274 min dollar) kompensasiya ödəyəcək.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə yerli “Ər-Riyad” nəşri xəbər yayıb.
Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin tarixində törədilmiş ən böyük terror aktı nəticəsində zərər çəkənlərə, ümumilikdə, 61,5 mln rial (17 mln dollar) kompensasiya ayırıb.
Partlayış nəticəsində xəsarət alan şəxslərə isə 0,5 mln rial (140 min dollarədək) yardım veriləcək.
Qeyd edək ki, mayın 22-də əhalisi şiə olan əl-Kodeyx şəhərinin məscidində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çoxu yaralanıb.
Terror aktına görə məsuliyyəti öz üzərinə İŞİD terror xəvaric qruplaşması götürüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)