Səudiyyə Ərəbistanı 47 terrorçunu edam etdi
Yanvar 02
15:12
2016
1. 175 dəfə baxılıb
Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatında 47 terrorçunun edam edildiyi bildirilir.
Səudiyyə Ərəbistanın Ali məhkəməsinin qərarı, Kralın təsdiqi ilə terrorçular bu gün edam olunublar. Edam prosesi ölkənin 12 fərqli bölgəsində həyata keçirilmişdir. Edam olunanlar Qurana, Peyğəmbərin hədislərinə və ümmətin vahid rəyinə müxalif olan təkfirçi xəvaric etiqadının daşıyıcıları olublar. Onlar fərqli yollarla bu etiqadı təbliğ edib, terrorçuluq hərəkətlərinə təşviq göstərərək müxtəlif terror hücumları həyata keçiriblər. Biri Misir, digəri işə Çad, digər 45 nəfər isə Səudiyyə vətəndaşıdır. Terrorçular ölkə daxilində bir neçə terror aktı törədiblər.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terroraktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).