Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı Banqladeşdə 500-dən çox məscid tikir

May 15
17:40 2017

Səudiyyə Ərəbistanı krallığı Banqladeşdə yüzlərlə məscid tikintisi üçün bir milyard dollar sərf etməyi planlaşdırır. Banqladeşin baş naziri Şeyx Hasina başda olmaqla, Nazirlər Kabineti ölkədə 560 məscidin tikintisi üçün nəzərdə tutulan layihəni təsdiq edib.

Selefxeber.az-ın “Washington Times“a istinadən xəbərinə görə, layihənin məqsədi Banqladeşdə sünni İslamı yaymaqdır. Məscidlərin tikintisinə isə Banqladeş hökuməti yanında fəaliyyət göstərən İslam Birliyi Təşkilatı nəzarət edəcək. Qeyd edək ki, Səudiyyə dövləti məscidlərin inşaası üçün 967 milyon dollar vəsait ayırıb, qalan məbləğ isə Banqladeş dövlətinin öz büdcəsindən ödəniləcək.

Xatırladaq ki, 144 000 kvadrat kilomter ərazisi olan Banqladeş dövləti dünyanın ən sıx əhalisi olan ölkələrdən biridir. Ölkənin əhalisi 168 milyon nəfər təşkil edir ki, bunlardan da 88 faizə qədəri müsəlmandır.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər