Səudiyyə Ərəbistanı Həcc ziyarətinə 2,5 milyondan çox zəvvarı qəbul etməyi planlaşdırır
1. 062 dəfə baxılıb
Səudiyyə Ərəbistanı hökuməti bu il krallığa Həcc ziyarətinə gələcək zəvvarların sayının artımı məqsədilə bir sıra tədbirlər görmək niyyətindədir.
Selefxeber.az-ın məlumatına görə, “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tarifi xəbər verib.
O, bildirib ki, zəvvarların qəbulunun 800 mindən 2,6 milyon nəfərədək artırılması planlaşdırılır. Adil bin Zeyd ət-Tarifinin sözlərinə görə, zəvvarların sayının artırılmağı təşkilat qaydalarına da uyğun gəlir.
Həcc işləri üzrə nazirlik elan edib ki, Məkkədə girişinə 5 ildir məhdudiyyət tətbiq edilmiş məscid əl-Haramın sahəsinin genişləndirilməsindən sonra əlavə olaraq təxminən 800 min zəvvar qəbul ediləcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə).
Muhəmməd Peyğəmbər (ona salavat və salam olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).