Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı “İŞİD”in mövqelərini bombaladı

Oktyabr 14
19:46 2014

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ və Səudiyyə Ərəbistanının hərbi təyyarələri Suriyanın Kobani şəhəri ətrafında “İslam dövləti” terror xəvaric qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Pentaqonun rəsmi nümayəndəsinin sözlərinə görə, müttəfiqlərin aviasiyası terrorçuların istehkam qurğularını və bir sıra tikililərini bombardman edib.

Bununla belə, kürd özünümüdafiə qüvvələri beynəlxalq koalisiyadan ekstremistlərin mövqelərinə yeni hava zərbələr endirməyə və şəhərin müdafiəçilərini silah-sursatla təchiz etməyə çağırıblar.

 Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər