Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı koalisiyası Suriyaya nə zaman girir?

Fevral 12
18:16 2016

Səudiyyə Ərəbistanı müdafiə nazirliyinin əməkdaşı general-mayor Əhməd Asiri ölkəsinin formalaşdırdığı koalisiyanın Suriyaya girəcəyi tarixi açıqlayıb.

“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, Asiri koalisiyanın mart, aprel aylarında Suriyaya girəcəyini deyib. Asiri İŞİD terror xəvaric qruplaşmasına qarşı vuruşacaq koalisiyada 38 ölkənin iştirak etmək istədiyini bildirib: “Koordinasiya mərkəzi quracağıq. Koalisiyanın tərkibi baş qərargah rəisləri səviyyəsində keçiriləcək toplantıda müəyyənləşəcək və yekun detallar da müdafiə nazirlərinin toplantısında müzakirə ediləcək”.

Asiri Suriyaya əsgər göndərmək məsələsində Səudiyyənin mövqeyinin dəqiq və aydın olduğunu da qeyd edib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər