Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı Kralı həlak olan hərbiçi ailələrini Həccə dəvət edib

Avqust 03
17:19 2017

Hərbi xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuş minlərlə misirli polis və hərbiçi ailələri Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizin göstərişi ilə Məkkəyə dəvət edilib.

Selefxeber.az-ın “Al-Arabiya“ya istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının Misirdəki səfiri Əhməd Kattan bildirib ki, vətənin müdafiəsi zamanı həlak olmuş misirli hərbiçi və polis ailələri dövlət hesabına Həcc ziyarətini yerinə yetirə biləcəklər.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı Kralı əvvəllər də hərbi xidməti vəzifəsi zamanı həlak olmuş bir çox hərbiçilərin ailələrini Məkkəyə dəvət etmişdi. Xüsusilə, keçən il Kral Salman ibn Əbdüləziz İsrail hərbiçiləri tərəfindən qəddarlıqla qətl edilmiş bir çox fələstinlilərin ailələrinə Həcc ziyarəti üçün vəsait ayırmışdı. Həlak olmuş fələstinlilərin 1000 nəfər qohumu Səudiyyə dövləti hesabına İslamın 5 əsasından biri olan Həcc ziyarətini yerinə yetirə bilmişdilər.

Bundan başqa, bu il 90 min nəfərə yaxın misirli zəvvarın həcc ziyarəti üçün Məkkəyə gəlişi gözlənilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə).

Muhəmməd Peyğəmbər (ona salavat və salam olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).

Digər xəbərlər