Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı müftisi Şeyx Əbdüləziz Ali Şeyx gənclərin təkfirçilik meyillərini qınayıb

İyul 07
17:09 2017

Səudiyyə Ərəbistanı Krallığının baş müftisi Şeyx Əbdüləziz bin Abdullah Ali Şeyx gənclərə müraciəti zamanı şəriət məsələlərində elmi olmayan sadə insanların bir-birilərini kafirlik, bidətçilik və fasiqlik məsələlərində itiham etməsini qınayıb.

Selefxeber.az-ın “capress.org“a istinadən xəbərinə görə, öz çıxışı zamanı Şeyx Əbdüləziz bin Abdullah bildirib ki, təkfir (kafirlikdə ittiham), təbdi (bidətçilikdə ittiham) və təfsiq (fasiqlikdə ittiham etmək) şəriət məsələlərinə aiddir və şəriət elmi olmayan heç kimin bu mövzularda danışması doğru deyil. Onun sözlərinə görə, insanların fikir ayrılıqlarına görə bir-birilərini kafirlikdə ittiham etməsi yolverilməzdir.

Şeyx Əbdüləziz bin Abdullah xüsusən gəncləri bu mövzuda diqqətli olmağa cağırıb: “Belə insanlar digərlərini küfr, bidət və günah məsələlrində asanlıqla ittiham edirlər. Lakin onlardan bunu nəyə əsasən söylədikləri soruşulduqda onlar heç bir dəlil gətirə bilmirlər. Allah onları doğru yola yönəltsin”.

Sələf Xəbər: Uca Allah buyurur: “Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik!” (Müqəddəs Quran, “İsra” surəsi, 15-ci ayə)

Məşhur sünni alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Mütləq mənada hökmü tətbiq etmək qadağan edilmişdir (yəni müəyyən müsəlmanı müşrik, kafir və ya lənətlənmiş adlandırmaq yolverilməzdir), və bu zaman söhbət yuxarıda göstərilən əməllərin birini etmiş kəsin şirk və ya küfr və ya lənətlənməsi barəsində gedir. Çünki bu məsələlərdə hökmün öz şərtləri və qadağaları vardır. Buna görə biz sələmçilik yolu ilə dolanışığını təmin edən konkret insana o “lənətlənmişdir” demirik, çünki ola bilər ki, lənətin onun üzərinə gəlməsinə mane olan nə isə vardır. Məsələn, cahillik və ya şübhə və s. Eləcə də şirk barəsində də belədir. Biz şirk edən konkret insan barəsində “müşrik” sözünü istifadə etmirik, çünki ola bilər ki, onun yanında yaşayan alimlərin səhlənkarlığına görə ona dəlil çatmamışdır… Beləliklə, ölülərdən nə isə istəmək şirkdir, ancaq belə hərəkətləri edən konkret şəxsə dəlilin çatması məlum olmayana qədər onu müşrik adlandırmaq qadağandır”. (Bax “Əl-kaul əl-mufid alə Kitab ət-touhid” 51-52)

Digər xəbərlər