Səudiyyə Ərəbistanı Ramazan ayında 65°C temperaturla üzləşə bilər
703 dəfə baxılıb
Müqəddəs Ramazan ayı ərzində Ərəbistanın bir çox yerlərində hava temperaturunun 65°C-yə kimi yüksələ biləcəyi ehtimal olunur.
“Sələf Xəbər” “Al Arabiyya”-ya istinadən xəbər verir ki, bu barədə İqlimşünas Abdul Rahman Muhamməd əl-Hamdi Səudiyyə qəzetlərinin birinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Ərəbistan yarımadasında Ramazan ayı ərzində temperaturun kölgədə 50 dərəcəyə, birbaşa günəş işığı altında isə 65 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Şimal yarımkürəsində yay fəslinə keçid iyunun 21-dən başlayacaq və günəş şaquli xətt üzrə hərəkət etdiyi müddətdə Ərəbistanın bir çox yerlərində dəhşətli istilər olacaq.
İqlimşünas bildirir ki, hərarətin son zamanlar yüksəlməsinə təsir edən səbəblərdən biri də zavod və fabriklərdə tullantıların yandırılması zamanı havaya buraxılan və avtomobillərin tüstü borularından çıxan istilik effekti yaradan qazların atmosferdə artmasıdır. Həmçinin dünyanın bir çox yerində baş verən zəlzələ və yanğınlar da qlobal iqlim dəyişikliyinə təsir edən amillərdəndir.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə)