Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı Ramazan ayında ticarətin düzgünlüyünü izləyəcək

May 19
16:41 2017

Müsəlmanların müqəddəs ayı olan Ramazan ayı ərəfəsində Səudiyyə Ərəbistanı Ticarət və Sənaye Nazirliyi tərəfindən istehlakçıların hüquqlarının müdafiə kampaniyasına başlanılacaq. Belə ki, nazirliyin xüsusi mütəxəsissləri Ramazan ayı boyunca müştərilərin satıcılar tərəfindən aldadılmamasına, eləcə də keçirilən reklam aksiyalarının düzgünlüyünə nəzarət edəcəklər.

Selefxeber.az-ın “İslam-Today“-ə istinadən xəbərinə görə, bütün Ramazan ayı ərzində nazirliyin müfəttişləri tərəfindən müddəti ötmüş ərzaq məhsullarının satışda olub-olmaması ilə bağlı kommersiya obyektləri yoxlanılacaq. Bununla yanaşı, kassa aparatları tərəfindən alıcılara təqdim olunan çeklərdəki qiymətlərlə məhsullar üzərindəki qiymətlərin eyni olub-olmamasına da xüsusi nəzarət ediləcək.

İstehlakçılar tərəfindən alış-verişin şübhə doğurduğu hər hansı bir məqamla üzləşildiyi hallarda isə müştərilərin şikayətlərini qeydə alacaq xüsusi zəng mərkəzləri fəaliyyət göstərəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə).
“Uca Allah Öz mömin qullarına bir-birinin əmlakını qanunsuz yolla yeməyi qadağan etmişdir. Bu qadağa başqasının mülkiyyətini güc tətbiq etməklə, oğurlamaqla, qumarda udmaqla və digər alçaq qazanc vasitələri ilə mənimsəməyə aid edilir. Bundan başqa, qadağa həm də təkəbbürlüyündən öz mülkiyyətini israfçılıqla xərcləyənlərə də şamildir, çünki bu ədalətsiz və günahkar əməldir.

Allah qanunsuz yolla özgəsinin mülkiyyətini əldə etməyə və xərcləməyə qadağa qoyduqdan sonra, öz əmlakını ticarət etmək və digər icazə verilmiş qazanc növləri vasitəsilə çoxaltmağa icazə vermişdir. Bu vasitələr ancaq müəyyən şərtlər çərçivəsində, razılıq verilmiş sayılır; şərtlərdən biri də tərəflərin qarşılıqlı razılığıdır.
Qanunsuz yolla əmlak əldə etmənin, özünə və bu mülkü alan şəxslərə zərər vurulmasının qadağan edilməsindən sonra, Uca Allah insanlara yaşamaq üçün ticarətlə, peşələrlə, günəmuzd işlə və insanlara fayda gətirən digər fəaliyyət növləri ilə məşğul olmaqla qazanc əldə etməyə icazə verir.
Allah ticarət əqdləri bağlamağa ancaq tərəflərin qarşılıqlı razılığı ilə icazə verərək qeyd edir ki, əqd bağlanarkən sələmçiliyə əsaslanılmamalıdır. Sələmçilik və müamilənin ticarətlə əlaqəsi yoxdur, çünki belə əqdlər tamamilə başqa niyyətlərlə bağlanılır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər