Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı Suriya müxalifətinin birləşdirilməsi təşəbbüsü ilə konfrans keçirəcək

Noyabr 20
20:22 2015

Sələf Xəbər”in “alarabiya”ya istinadən məlumatına görə Səudiyyə Ərəbistanı Dekabr ayının ortalarında Suriya müxalifətini birləşdirmək təşəbbüsü ilə konfrans keçiriləcəkdir.
Səudiyyə Ərəbistanın BMT nümayəndəsi Abdullah əl-Muəllimi “əl-Hədəs” telekanalına müsahibəsində bildirib ki, Səudiyyə Ərəbistanı Suriya müxalifətinin birləşdirilməsi üçün çalışır, onların sözləri və hədəfləri bir olsun deyə bu istiqamətdə onlara yardım edir.
O həmçinin bildirib ki, müxalifətin bütün nümayəndələri konfransa dəvət ediləcəklər. Hətta Suriyada yaşayan müxalif qüvvələr də konfransa çağırılacaqlar.

Digər xəbərlər