Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı Suriyada İŞİD-ə qarşı quru əməliyyatda iştirak etməyə hazırdır

Fevral 05
16:25 2016

Səudiyyə Ərəbistanı İŞİD terror xəvaric qruplaşmasına qarşı quru əməliyyatda iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazırdır.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi müvafiq suala cavabında Səudiyyə Ərəbistanının təklifi barədə məlumatsız olduğunu bildirib. Kirbi əlavə edib ki, koalisiya, ümumiyyətlə, tərəfdaşların İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizəsini dəstəkləyir: “Mən bu məlumata şərh vermək istəməzdim, onu nəzərdən keçirməyə hələlik imkanımız olmayıb”.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər