Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı suriyalı qaçqınlar üçün layihə hazırlayıb

May 22
16:36 2017

Səudiyyə Ərəbistanı dövləti Ramazan ayı boyunca suriyalı qaçqınlara yardım məqsədi daşıyacaq xüsusi layihə hazırlayıb. Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, baş nazirin müavini, daxili işlər naziri əmir Muhamməd ibn Nayef ibn Əbdül Əziz Əl-Səud Səudiyyə milli kampaniyası tərəfindən hazırlanmış bu layihənin təsdiq olunması üçün göstəriş verib.

Selefxeber.az-ın capress.org-a istinadən xəbərinə görə, layihə Suriya daxilindəki, eləcə də qonşu ölkələrdə məskunlaşmış məcburi köçkün və qaçqın olan suriyalılara müqəddəs Ramazan ayı ərzində əsas ehtiyaclarını təmin etmək üçün Ramazan zənbillərinin çatdırılması vasitəsilə həyata keçiriləcək.

Səudiyyə milli kampaniyası regional direktoru doktor Badr bin Abdul Rahman əl-Samhan bildirib ki, layihənin süətlə həyata keçirilə bilməsi üçün Səudiyyə milli kampaniyasının ofislərində bütün hazırlıq işləri tamamlanıb. Eləcə də İordaniya və Livanda fəaliyyət göstərən regional ofislərin hər biri üçün 10 min Ramazan zənbili, Türkiyədəki oruc tutanlar üçün isə 300 min nəfərlik səhər yeməyi ayrılıb.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)

Digər xəbərlər