Səudiyyə Ərəbistanı terrorçuların başına pul qoydu
1. 064 dəfə baxılıb
Səudiyyə Ərəbistanı höküməti 2015-ci il avqust ayında Abha şəhərindəki məsciddə törədilən və 17 nəfərin ölümü ilə nəticələnən terror hadisəsini təşkil etmiş şəxslərin tutlmasında yardım edəcək kəslərə hər terrorçuya görə 1.000.000 ( bir milyon) riyal (250.000 abş dolları) mükafat vəd edib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, məsciddə terror aktı törətməkdə şübhəli bilinən 9 nəfər şəxsin kimliyi artıq məlum olubdur.
Bundan əlavə, Səudiyyə Ərəbistanında planlaşdırılan hər hansı terror hadisəsinin qarşısını almağa kömək edə biləcək informasiyanı təqdim edən şəxsə də 2.000.000 ( iki milyon) dollar pul mükafatı veriləcəyi də bildirilib.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Muslim bin Əl-Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).