Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin təhlükəsizliyi qırmızı xəttdir.
702 dəfə baxılıb
“Sələf Xəbər” alarabiyaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdaifə Nazirliyinin məsləhətçisi General Əhməd Asiri “Şimal gurultusu” adı altında İslam ölkələri ordu qüvvələrinin keçirdiyi hərbi təlimlər barədə keçirdiyi mətbuat konfransında bu sözləri deyib.
O həmçinin bildirib ki, Körfəz ölkələri istər İran, istərsə də digər dövlətlərdən qorunacaq. İran başqa ölkələrinin daxili işlərinə müdaxilə etmək üçün terror təşkilatlarından istifadə edir. Məsələn Livanda Huzbullahdan, Yəməndə isə Husilərdən istifadə edir.
“Şimal gurultusu” adlı təlimlərə iyirmidən çox Körfəz və ərəb ölkəsi qatılıb, müxtəlif sahələrdə hərbi təlimlər keçirirlər… İŞİD terror xəvaric qruplaşması siyahının əvvəlindədir və onunla mübarizə aparmaq üçün 62 dövlətdən ibarət koalisiya təşkil edilib. Səudiyyə Ərəbistanı və bölgədəki digər ölkələr sərhədlərini qorumaq üçün bütün tədbirləri görəcək.” – Asiri vurğulayıb.
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah-Təala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!…” (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)