Səudiyyə Ərəbistanı və Misir arasında körpü salınacaq
753 dəfə baxılıb
Səudiyyə Ərəbistanı və Misir Qırmızı dəniz üzərindən birləşəcək.
Səudiyyə Ərəbistanı və Misir körpü ilə birləşəcək. Körpü Qırmızı dəniz üzərindən salınacaq.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, artıq iki ölkə arasında bununla bağlı razılaşma da əldə olunub.
Misirə rəsmi səfərə gedən Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz əs-Səud ilə Qahirə hökuməti arasında 2005-ci ildə İsrail ilə təhlükəsizlik qorxusu səbəbilə təxirə salınan körpünün tikintisi barədə razılığa gəlinib.
Kral Salmanın Qahirəyə etdiyi səfərin ikinci günündə, Qırmızı dəniz üzərində iki ölkəni bir-birinə bağlayan bir körpü tikintisi üçün Misir ilə danışıqlar aparıldığı açıqlanıb. Lakin bu körpünün nə zaman istismara veriləcəyi, maliyyə xərcləri açıqlanmayıb.
İki ölkənin lideri nüvə əməkdaşlığı da daxil olmaqla energetika sahəsində 15 saziş imzalayıblar. İki ölkə arasında aparılan digər danışıqlar arasında ikiqat vergitutmanın aradan qaldırılması da var.
Misir prezidentinin sözçüsü Əla Yusif etdiyi yazılı açıqlamada bildirib ki, Kral Salman ötən gün Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşündən sonra iki ölkə arasında bəzi müqavilələr imzalanıb.
“İkitərəfli görüşdə beynəlxalq və regional məsələlərlə yanaşı, Ərəb və Körfəz ölkələrinin milli təhlükəsizliyinin məruz qaldığı təhlükələrlə mübarizə məsələləri müzakirə olunub”, – deyə Əla Yusif bildirib.
Misir prezidentinin sözçüsü Yusif, həmçinin Səudiyyə Ərəbistanı ilə Misir münasibətlərindəki müsbət irəliləyişlərin olduğunu da vurğulayıb.
Sələf Xəbər: Uca Allah Qırmızı dənizi yararaq öz Peyğəmbəri Musanı (ona salam olsun) və onun qövmünü Firon və onun qoşunlarından xilas etmişdir. Musa (ona salam olsun) və onun qövmü dənizin digər sahilinə keçdikdə isə, onların keçdikləri yol yenidən dəniz suyu ilə dolur və İsrail oğullarını təqib edən Firon və onun qoşunu suya qərq olur.
Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)
“Uca Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)