Səudiyyə Ərəbistanı və Türkiyə arasında Birgə Strateji Şura yaradılır
706 dəfə baxılıb
Səudiyyə Ərəbistanı və Türkiyə arasında Birgə Strateji Şuranın yaradılmasına dair razılıq əldə olunub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ər Riyadda keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Kral Salman Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Birgə Strateji Şuranın yaradılmasını müzakirə edib. Strateji Şuranın yaradılması Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərində uğurlu irəliləyişə nail olmağa imkan yaradacaq”, – deyə Adil əl Cubeyr qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 29-da Ər Riyada ikigünlük səfərə gəlib. Danışıqlar çərçivəsində ikitərəfli münasibətlərin və regional problemlərin müzakirəsi nəzərdə tutulub.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!