Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə əlavə qüvvələr yerləşdirib – FOTO
901 dəfə baxılıb
Selefxeber.az “Sabq.org” saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı cümə axşamı Yəmən sərhəddində yerləşən Nəcran şəhərinə Milli Müdafiə qüvvələrinə məxsus xeyli sayda canlı qüvvə və zirehli texnika yerləşdirmişdir.
Səudiyyə ərəbistanın bu addımı Husi qiyamçılarının sərhədi qeyri qanuni keçməsinin qarşısını almağa, o cümlədən Yəmən ərazisindən atılan raketləri zərərsizləşdirməyə hesablanıb.
Qeyd edək ki, Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.