Səudiyyə Ərəbistanın Müftisi Əbdüləziz Ali Şeyx: Məcburi hərbi xidmət zəruridir
1. 635 dəfə baxılıb
Selefxeber.az-ın “Tavasul.info” saytına istinadən məlumatına görə, Səudiyyə Ərəbistan Müftisi Əbdüləziz Ali Şeyx ölkədə məcburi hərbi xidmətin tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb. Müfti bildirib ki, ölkəsinin və islam ümmətinin qarşılaşdığı çətin dövrdə ölkə gənclərinin məcburi hərbi xidmətə çağırılması zəruridir.
Məkkə əl-Mukərrəmə radiosunda çıxış edən müfti bildirib ki, uca Allah Qurani-kərimdə bizə belə buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə).
“Bu çağırışa müvafiq olaraq keçirilən hərbi təlimlər ölduqca əhəmiyyətlidir. Ölkənin gələcəyinin gənclərin əlində olacağını nəzərə alaraq bu addımın atılması olduqca zəruridir.” – deyə müfti bildirib.