Səudiyyə Ərəbistanın Müftisi: “İran Həcc mərasimini məcrasından çıxararaq müsəlmanları bölmək siyasəti aparır”
1. 495 dəfə baxılıb
“İran Həcc mərasimini məcrasından çıxararaq müsəlmanları bölmək siyasəti aparır!” Bu sözləri Səudiyyə Ərəbistanın Müftisi, Böyük Alimlər Heyətinin rəisi Əbdüləziz Ali Şeyx Həcc mərasimi qaydalarını qəbul etməkdən imtina edən İran respublikası barədə söyləmişdir. O bildirmişdir ki, uca Allah İki Həram məscidinin rəhbərliyini Səudiyyə Ərəbistanı Krallığına nəsib etmişdir. Bu torpaqlara gələn hər kəs həcc mərasiminə xidmət edən bütün işlərdə yerli hökuməti eşidib itaət etməli, qayda-qanuna tabe olmalıdır. Müfti bu sözləri Məkkə şəhərinin “Nidaul İslam” radiosunda çıxışı zamanı söyləmişdir.
Sələf Xəbər: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə).
“Allah üçün həcc və ümrəni tam yerinə yetirin.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 196-cı ayə).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).