Səudiyyə Ərəbistanında 13 terrorçu həbs edilib
1. 064 dəfə baxılıb
“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məhkəməsi, ABŞ hava qüvvələrinə hücum etməkdə təqsirli bilinən, əfqan və qətərli 2 şəxs də daxil olmaqla, 13 nəfəri 18 ay və 30 il həbs cəzasına məhkum edib.
Mətbuatda yayılan xəbərlərə əsasən, məhkumlar Qətərdə qumbara, raket və digər silahlarla ABŞ qoşunlarını hədəfə alan “terror təşkilatı qurmaqda” təqsirli bilinib.
Səudiyyə Mətbuat Agentliyinin (SPA) verdiyi xəbərə əsasən, onlar həmçinin ABŞ-ın Küveytdəki qoşunlarına hücum etməyi planlaşdırıblar. Qruplaşma, əcnəbi əsgərlərin olduğu minik vasitəsini partlatmaq məqsədilə bombalar hazırlaması üçün bir nəfər üzvünü İraqa göndərmək niyyətində olub.
İxtisaslaşmış terrorçuluq üzrə məhkəmə qətərli şəxsi 30 il həbs cəzasına məhkum edib, əfqan terrorçu isə 5 il azadlıqdan məhrum olunub. 11 Səudiyyə Ərəbistanı vətəndaşı isə 18 aydan 25 ilə qədər həbs cəzası alıb.
Məhkumlar terror qruplaşmasına mənsub olduqları güman edilən 41 nəfərin arasında olub. Səudiyyə Mətbuat Agentliyi əməliyyatın nə zaman həyata keçiriləcəyini barədə məlumat verməyib, lakin səlahiyyətli orqanlar 2011-ci ildə əl-Qaidə terror təşkilatı ilə əlaqədə olmaqda və 2003-2006-cı illərdə Birləşmiş Krallıqda baş vermiş hücumlarda iştirak etməkdə təqsirli bilinən Səudiyyə vətəndaşlarını və əcnəbi vətəndaşları mühakimə etmək üçün ixtisaslaşmış tribunallar təsis edib.
“Şərqul Əvsat” qəzeti qətərli məhkumu “qruplaşmanın əmiri” olaraq müəyyən edib. Hücumlar, Qətər və Səudiyyə Ərəbistanının digər Ərəb ölkələri ilə birgə ABŞ-ın rəhbərliyi ilə Suriyada “İslam Dövləti” terror xəvaric qruplaşmasının ekstremistləri tərəfindən həyata keçirilən hava hücumlarından sonra planlaşdırılmışdır.
Amerika hərbi təyyarələri də Küveytdə yerləşən “Əli əl-Sələm” hərbi hava bazası və Qətərdə yerləşən və regionda ABŞ-ın əsas hərbi hava komandanlığı mərkəzinin məskəni olan “əl-Udeyd” hərbi hava bazası da daxil olmaqla, hərbi hava bazalarından hərəkətə keçərək İraqda İD terror xəvaric qruplaşmasının hədəflərini bombardman edib.
Sələf Xəbər: XX-ci əsrin məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).