Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında helikopter qəzası

Noyabr 06
18:49 2017

Səudiyyə Ərəbistanında içində rəsmilərin olduğu helikopter qəzaya uğrayıb.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə yerli “Akaz” agentliyi məlumat yayıb.

Helikopterdə olan Əsir bölgəsi əmirinin müavini Mansur ibn Mukrin ibn Abduləziz əs-Səud və Əsir şəhər polisinin rəisinin öldüyü bildirilir.

“Əl Cəzirə” kanalı helikopterdə daha 8 yüksək çinli məmurun olduğu barədə məlumat yayıb.

Onların yoxlama aparmaq məqsədi ilə səfərə çıxdıqları qeyd edilir.

Qəzaya uğrayan helikopterin qalıqları tapılıb. Hazırda sağ qalanların axtarışları davam edir.

Şahzadə ilə birlikdə helikopterdə ölən daha 3 nəfərin adları açıqlanıb.

Əsir vilayətinin canişini Salman Coreyşi, vilayətin bələdiyyə sədri Saleh Qazi və Əsir vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Fəhəd Fəriş ölənlərin arasındadır.

Digər xəbərlər