Səudiyyə Ərəbistanında işçilərin maaşı miladi təqvimlə hesablanacaq
1. 238 dəfə baxılıb
Səudiyyə Ərəbistanında bu həftə krallığın həyat tərzinə əhəmiyyətli dərəcədə təsir edəcək bir sıra yeni qanunlar qüvvəyə minib.
Neftin qiymətinin düşməsindən sonra dünyanın zəngin ölkələrindən olan Səudiyyə Ərəbistanı bir sıra iqtisadi çətinliklərlə üzləşib. Ölkədəki iqtisadi vəziyyəti stabilləşdirmək məqsədilə dövlət qulluqçuları və nazirlərin maaşlarını azaltmaqla yanaşı bir sıra qanunlar qəbul olunub.
Selefxeber.az-ın Al-Arabiya -ya istinadən xəbərinə görə, ölkədə viza sistemi ilə bağlı bir sıra yeniliklər tətbiq olunub. Bundan belə, Səudiyyəyə gediş üçün viza alanlar 2000 rial ödəməli olacaq. Lakin həcc və ümrə məqsədilə ölkəyə ilk dəfə gələn qonaq üçün viza ödənişsiz olacaq.
Daha bir yenilik isə krallıqda yol hərəkəti qaydalarının pozulması ilə bağlı verilən cəzalarla bağlıdır. Artıq yollarda sürət yarışları tətbiq edib təhlükə yaradan sürücülərə olduqca sərt cəzalar tətbiq olunacaq.
Belə ki, ilk dəfə qaydanı pozan sürücü 15 gün müddətində avtomobilləri müsadirə olunmaqla yanaşı, özləri də 20 000 rial məbləğində cərimə olunacaqlar. İkinci dəfə qaydanı pozan şəxslərin isə avtomobilləri 30 gün müddətinə müsadirə olunub, 40 000 rial məbləğində cərimə olunacaq. Üçüncü dəfə qayda pozuntusuna görə isə sürücünün maşını birdəfəlik əlindən alınacaq, 60 000 rial məbləğində cərimə olunaraq həbs cəzasına məhkum ediləcəkdir.
İqtisadi çətinliklərlə üzləşən Səudiyyə dövlətində tətbiq olunan bir yenilik isə ölkədə istifadə olunan ənənəvi Hicri təqvimindən Miladi təqvimə keçməyə qərar verilməsidir.
Bundan belə dövlət işçilərinə maaşlar daha qısa olan hicri təqvimə görə yox, miladi təqvimə görə ödəniləcək. Hicri təqvimdə bir ildə 354, Miladi təqvimdə isə 365-366 gün olduğu üçün bu addım dövlətə İldə 11-12 iş gününü qənaət etməyə imkan verəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)